Azərbaycanda Bosch-un eksklüziv mağazası açıldı!

Xəbərlər

Baku Electronics və Bosch-un birgə əməkdaşlığı ilə açılan bu mağaza Bül-bül prospekti 21-də yerləşir. Bosch markasının məhsulları sərgilənən konseptual mağaza böyük və kiçik məişət texnikası, məşq otağı, uşaq sahəsi və Accent Line mətbəxi olan eksklüziv sahədən ibarətdir. Həmçinin, mağazada daim master-klaslar keçirilməsi nəzərdə tutulur.

Açılış Baku Electronics və Bosch brendinin rəsmi nümayəndələrinin, qonaqların, jurnalist və blogerlərin iştirakı ilə baş tutub. Lentkəsmə və rəsmi çıxışlardan sonra qonaqlar mağaza ilə tanış olub, onlar üçün təşkil olunmuş canlı klassik musiqi ifasını dinləyiblər.

Xatırladaq ki, Baku Electronics və Bosch arasında əməkdaşlıq 1999-cu ildə başlayıb. Məhşur alman markasının orijinal məhsulları tək eksklüziv mağazımızda deyil, həmçinin Baku Electronics-in bütün filiallarında təqdim olunur. Eyni zamanda müştərilərimiz Boschun məhşur Accent Line seriyasını Nərimanov, Azadlıq və İnşaatçılar mağazalarımızda yerləşən xüsusi zonalarda təcrübə edə bilərlər.

Baku Electronics - 30 ildir güvənlə bağlı!

Oxşar xəbərlər