2022-03-11

Ən yaxşı 5 qulaqlıq seçimi.

Ən yaxşı 5 qulaqlıq seçimi.

 

Keyfiyyətsiz və sizin istəklərinizə uyğun hesablanmamış qulaqlıqlar musiqi dinləmək, film izləmək və görüşlərə qatılmaq kimi müxtəlif fəaliyyətlərdə ciddi problemlər yarada bilər.

Siz oxşar vəziyyətlərdə yalnış seçimlərdən əziyyət çəkməyəsiniz deyə, sizin üçün 5 ən yaxşı qulaqlıq seçimini təqdim edirik.

 

5. Xiaomi Airdots 3  məhsula keçid

 

Xiaominin android istifadəçiləri arasında əfsanəyə çevrilmiş Airdots seriyasının üçüncü üzvü az qiymətə maksimum keyfiyyət seriyasını davam etdirir. 

 

Qualcommun aptX adaptiv audio sistemindən istifadə edən bu qulaqlıqlar ekvalayzer tənzimləmələri ilə səs keyfiyyətini bir xeyli artırır. 

 

 

600 mAh-lik batareya ölçüsü ilə isə öz şarj qabında 30 saatlıq enerji saxlaya bilir. 

Əgər siz ən aşağı qiymətə, ən yaxşısını axtarır və uzun müddət fasiləsiz qulaqlıqdan istifadə istəyindəsinizsə, o zaman seçiminizi Xiaomi Airdots 3-dən yana edin.

 

4. Huawei Freebuds 4i məhsula keçid

 

Huawei Freebuds 4i qulaqlıqa az büdcə ayıran istifadəçilər üçün ideal seçimdir. Freebuds 4i istənilən cihaza rahatlıqla qoşulur və sürətli şəkildə istifadəyə yararlı hala gəlir.

 

Üstəlik bu qiymətə səs ləğvi funksiyası ilə ətrafdaki səsləri minimuma endirir və sizin yalnızca qulaqlığı eşitməyinizə imkan yarardır. Qulaqlığın aşağı və orta səs səviyyələrində keyfiyyəti kifayət qədər yaxşıdır. Amma səsi yüksəltdikcə səsdə cırıltı və boğuntular aydın şəkildə eşidilir.

Əgər qulaqlıqları davamlı maksimum səsdə dinləmirsinizsə o zaman səs ləğvi funksiyası, 10 saata qədər batareya ömrü və ümumən yüksək səs keyfiyyətilə Huawei Freebuds 4i ağıllı seçim olacaq. 

 

3. Apple Airpods Pro məhsula keçid

 

Apple-ın satış rekordları qıran qulaqlığı Apple Airpods Pro mükəmməl səs ləğvi funksiyası, aktiv səs izləmə bacarığı və yüksək keyfiyyətli səs effektləri ilə hələ də bazarı fəth etməyə davam edir.

 

 

Nisbətən köhnə model sayılsa da bazarda daha yaxşısı olmadığı üçün bu qulaqlıq hələ də ən yaxşılar siyahısındadır. 

 

 

 

Siz hərəkətdə olarkən səsi yalnızca səs gələn tərəfdəki qulaqlıqdan vermə bacarığı, bir yox bir neçə seçimli səs ləğvi funksiyası və ən əsası yüksək səslərdə keyfiyyəti qoruyub saxlama seçimi ilə Apple Airpods Pro qulaqlıq almaq istəyənlər üçün etibarlı seçim olaraq qalır.

 

2. Samsung Galaxy Buds Pro məhsula keçid

 

 

Aktiv səs ləğvi, 11mm bass dinamikinin verdiyi keyfiyyətli effektlər və musiqi dünyasının məhşur brendi AKG-nin xüsusi dəstəyi ilə Samsung Galaxy Buds Pro bazardaki ən yaxşı seçimlərdən biridir.

Galaxy Buds Pro-nun səs keyfiyyəti üst səviyyədədir. Həm aşağı, həm də yuxarı səviyyələrdə dinamiklər öz bacarıqlarını ustalıqla nümayiş etdirirlər. Xüsusilə də səs dərinliyi və bass mövzusunda bu qulaqlıq rəqibsizdir.

 

 

Galaxy Buds Pro 18 saata qədər batareya ömrü və yüksək səs keyfiyyəti ilə sizi yanıldan deyil.

 

1. Apple Airpods 3 məhsula keçid

 

Apple-ın Airpod Pro-dan sonra yeni ən yaxşı qulaqlığı, elə bazarın da ən yaxşısıdır. Bu cihazda görülən mühəndislik işini gözardı etmək mümkün deyil. Səs keyfiyyəti isə hərtərəfli yüksək səviyyədədir. Aşağı, yuxarı, orta fərq etmir.

 

 

 

Səsi ekualayzerdən artırıb limiti keçsəniz belə səs pozulmur. Musiqidəki hər bir alətin səsi ayrılıqda eşidilir. 

 

 

 

 

 

Apple Airpods 3 pronun səhvlərini düzəldir və səs keyfiyyətini də artırmağı bacarır. Əgər bazardaki ən yaxşı qulaqlığın axtarışındasınızsa, o zaman seçiminiz Apple Airpods 3 olacaq.

 

 

 

Bu siyahıdaki qulaqlıqlar smartfonlar əsas götürülərək hazırlanıb. Əgər daha böyük ölçülü və fərqli təyinatlı qulaqlıqlar axtarışındasınızsa Baku Electronics mağazalar şəbəkəsində müxtəlif növ dünya brendlərinə aid məhsullar tapa bilərsiniz. 

 

Anker, Apple, Asus, Baseus, Beats, Borofone, Canyon, Huawei, JBL, Lenovo, LG, Logitech, Nokia, Panasonic, Samsung, SVEN, TTEC və Xiaomi kimi dünya brendlərinə aid qulaqlıqları saytımızdan sifariş edə və ya mağazlarımıza yaxınlaşaraq özünüz əldə edə bilərsiniz!

 

Heç bir yeniliyi qaçırmamaq üçün abunə olun